“Roma”nın futbolçusu zədələndi

“Roma”nın müdafiəçisi Kostas Manolas sıradan çıxıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 16:36

“Roma”nın müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

 

İnterAz-ın qol.az-a istinadən xəbərə görə, yunanıstanlı futbolçu İtaliya A Seriyasının “Latsio” ilə oyununda zədələnib. 26 yaşlı futbolçunun zədəsi ciddidir. Ancaq onun nə vaxt sıraya dönəcəyi hələlik məlum deyil.

 

Manolasın ən azı növbəti turda “Cenoa”ya qarşı matçı buraxacağı dəqiqdir.