Sabiq komandasına qol vurdu, sevinmədi

Aatıf Chahechouhe superliqada "Sivasspor"la oynanan matçda komandasını 1:0 önə keçirən qol vurub

  • 15

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 17:34

Türkiyənin "Fənərbaxça" klubunun faslı futbolçusu Aatıf Chahechouhe superliqada "Sivasspor"la oynanan matçda komandasını 1:0 önə keçirən qol vurub.

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu sabiq komandasına vurduğu qoldan sonra sevinməyib. "Fənərbaxça"lı futbolcunun bu hərəkəti "Sivas"lı azarkeşlər tərəfindən alqışlanıb.

 

Məlumat üçün bildirək ki, Aatıf Chahechouhe  "Sivasspor" formasıyla çıxdığı 152 rəsmi matçda 54 qol vurub, 26 qol ötürməsi verib.