Türkiyə Kubokunun sahibi "Qarabağ"ın keçmiş hücumçusu ilə maraqlanır

Pupon 2 mövsümdür Türkiyə I Liqasında "Boluspor"un formasını geyinir

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 14 May 2018, 09:30

"Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Akhisarspor" klubuna keçə bilər.

 

İnterAz-ın "Report"a istinadən verdiyi məlumata görə, ölkə kubokunun sahibi mərkəz hücumçusu mövqeyinə hollandiyalı forvardı transfer etmək istəyir. 31 yaşlı hücumçu ilə yenidən Super Liqaya yüksələn "Ankaragücü" və "Rizespor" da maraqlanır.

 

Pupon 2 mövsümdür Türkiyə I Liqasında "Boluspor"un formasını geyinir. O, ilk mövsümündə 30 oyuna 16, bu mövsüm isə 36 matçda 20 qol vurub.

 

Qeyd edək ki, Raydell Pupon "Qarabağ"da 2015-2016 mövsümünün ilk yarısında forma geyinib. O, 15 oyuna 1 qol vurub.