İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib

47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər 5 namizədi qabaqlayıb

Bakı, Cavid Babayev, İnteraz - 16 May 2018, 10:12

Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

İnterAz “Report”a istinadən xəbər verir ki, bu ada “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb. 47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər 5 namizədi - Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Börnli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar.