"Trabzonspor" klubunun baş məşqçisi istefa verib

O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 13:14

Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçisi Rza Çalımbay istefa verib.

 

İnterAz-ın məlumatına görə, 55 yaşlı mütəxəssis mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını söyləyib. O, Türkiyə Superliqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib. 

 

Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edir. 

Report