Canlı əfsanə Buffon "Yuventus"dan ayrılır

Canluici Buffonun mövsümün sonunda "Yuventus"dan ayrılacağı dəqiqləşib.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 17 May 2018, 17:29

Canluici Buffonun mövsümün sonunda "Yuventus"dan ayrılacağı dəqiqləşib.

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təcrübəli qolkiper keçirdiyi mətbuat konfransında deyib. Turin klubunun kapitanı bildirib ki, həftəsonu "Verona" ilə matç onun "Yuventus" forması ilə sonuncu oyunu olacaq:

 

 

"Şənbə günü "Yuventus"da son oyunuma çıxacam. Gözəl bir macəranı başa çatdırmağın ən yaxşı məqamdır. Həm meydanda, həm də meydandan kənarda bir neçə maraqlı təklif almışam. Gələn həftə, hər kəs sakitləşəndən sonra mənim üçün ən yaxşısının hansı olduğuna qərar verəcəm. İndidən gələcəkdə harada olacağımı təxmin etməyin heç bir mənası yoxdur".

 

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.