Patrik Klyuvertin oğlu "Roma"da

Hollandiya millisinin sabiq futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvert "Roma"ya transfer olunub

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyun 2018, 11:05

Hollandiya millisinin sabiq futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvert "Roma"ya transfer olunub.

 

İnterAz qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 

İtaliya mətbuatı bu transfer üçün "Roma"nın "Ayaks"a 20 milyon avro ödəyəcəyini yazıb.

 

Qeyd edək ki, C.Klyuvert ötən mövsüm "Ayaks"da 30 matçda 10 qol vurub, 5 qolun ötürməsini verib.