“Napoli” Simyone Verdini transfer edib

Verdi yeni klubu ilə beşillik müqavilə imzalayıb

Bakı, Cavid Babayev, İnteraz - 12 Iyun 2018, 16:38

“Bolonya”nın hücumçusu Simyone Verdi karyerasını “Napoli”də davam etdirəcək.

İnterAz "Azərtac"a istinadən xəbər verir ki, “Napoli” uzun sürən danışıqlardan sonra nəhayət 25 yaşlı futbolçu ilə anlaşıb.

Verdi yeni klubu ilə beşillik müqavilə imzalayıb. İtaliya mətbuatı bu transferin “Napoli”yə 25 milyon avroya başa gəldiyini iddia edir.

Qeyd edək ki, ötən mövsüm “Bolonya”nın forması ilə 34 matçda çıxan Verdi 10 qol vurub və bir o qədər də komanda yoldaşlarına məhsuldar ötürmə verib.