"Real Madrid" yeni baş məşqçisi üçün təzminat ödəyəcək

İspaniyanın “Real Madrid” klubu əsas komandaya baş məşqçi təyin etdiyi Xulen Lopetegi üçün təzminat ödəyəcək

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 13 Iyun 2018, 14:12

İspaniyanın “Real Madrid” klubu əsas komandaya baş məşqçi təyin etdiyi Xulen Lopetegi üçün təzminat ödəyəcək.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, “Kral klubu” İspaniya Kral Futbol Federasiyasına millinin baş məşqçisi olan 52 yaşlı mütəxəssisin 2020-ci ilə qədər nəzərdə tutulan müqaviləsinə xitam verilməsi üçün 2 milyon avro verəcək.

 

Qeyd edək ki, Lopeteqi DÇ-2018-dən sonra “Real Madrid”in sükanı arxasına keçəcək. O, yeni klubu ilə 3 illik müqavilə bağlayacaq.