Argentinadakı məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Iyun 2018, 12:29

Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər. 

 

İnterAz "Report"a  istinadən xəbər verir ki, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

 

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".  

 

Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir. 

 

Qeyd edək ki, DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.