Rusiya millisinin sabiq baş məşqçisi DÇ-2018-in qalibi olacağını düşündüyü yığmanın adını açıqlayıb

Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello DÇ-2018-in qalibi olacağını düşündüyü yığmanın adını açıqlayıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 10 Iyul 2018, 14:04

Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello DÇ-2018-in qalibi olacağını düşündüyü yığmanın adını açıqlayıb.

 

İnterAz qol.az-a istinadən xəbər verir ki, onun fikrincə, mundialın qalibi İngiltərə olacaq:

 

"Fikrimcə, finalda Fransa və İngiltərə oynayacaq. Bu cütlüyün favoriti İngiltərə olacaq. Bu komandanın sürətli oyunçuları və əla məşqçisi var. Sautqeyt bilirdi ki, iki mərkəz müdafiəçisi ilə oynasaydı, mübarizəni tez dayandıra bilərdilər. Buna görə o, üç mərkəz müdafəçisi ilə oynadı. O, həmçinin, Pikfordun timsalında istədiyi qapıçını tapdı. Gənc oyunçuları meydana buraxdı. İngilislərin yaxşı istedadı var. Ancaq məşqçinin 3 müdafiəçi ilə oynaması və əsas qapıçı kimi Pikfordu seçməsi yarımfinala qədər yüksəlmələrində böyük rol oynadı. O, təzyiqin öhdəsindən yaxşı gəldi".

 

Qeyd edək ki, İngiltərə yarımfinalda sabah Xorvatiya ilə qarşılaşacaq.