İtaliyalı əfsanə oyunçu Kiyev “Arsenal”-ın başçısı olur

“Arsenal-Kiyev” öncül mövqelərə və avrokubok turnirlərində iştiraka iddialı olacaq

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 10 Iyul 2018, 15:04

«Arsenal-Kiyev» futbol klubu yeni baş məşqçini təqdim etdi – Avropa futbolunun əfsanəsi Fabrisio Ravanelli “Arsenal-Kiyev” futbol klubu üçün bu məqam dönüş nöqtəsi ola bilər. Keçən mövsüm komanda bütün rəqibləri inamla və çətinlik çəkmədən keçərək Birinci Liqanın çempionu oldu. Bununla da yeni mövsümdə Ukraynanın Premyer Liqasında çıxış etmək və ölkə futbolunun nəhəngləri ilə rəqabət aparmaq hüququ qazandı.

 

Yeni məşqçinin dəvət edilməsi bir daha xəbər verir ki, “Arsenal-Kiyev” öncül mövqelərə və avrokubok turnirlərində iştiraka iddialı olacaq.

 

“Arsenal” FK prezidenti İvisa Piriç bəyan etmişdir ki, bu mövsümdə klubdan Ukrayna çempionatında sensasiya gözlənilməlidir.

 

«Biz – dəyişikliklərin tənzimləyiciləriyik. Biz gəlirik və Ukraynada yaxşılığa yönəli dəyişikliklər edirik. Arsenal premyer-liqadadır, əfsanəvi Fabrisio Ravanelli indi “Arsenal”-ın məşqçisidir. Ukrayna beynəlxalq futbol xəritəsində mövcuddur və dünya ictimaiyyətinin diqqətini Ukrayna futboluna cəlb edir. Mən hesab edirəm ki, Ukrayna futbolu böyük potensiala malikdir. Mən bütün mümkün olanları edəcəm ki, uşaq Akademiyasında gənc istedadlar yetişsin, “Arsenal”-ın komandaları ilə işləyim və, Balanyuk, Nazarina, Vakulko misallarında olduğu kimi, Ukrayna futbolçuları haqda bütün dünya xəbər tutsun. “Arsenal” komandası və Fabrisio ilə biz çağırışla qarşılaşdıq və qələbələrə doğru gedirik. “Doğrudur, Fabrisio?”, - İvisa Piriç çıxış etmişdir.

Fabrisio Ravanelli – İtaliya futbolunun əsl əfsanəsisdir. 1995/1996 mövsümündə, Turinin “Yuventus” komandası tərkibində çıxış edərək, ən nüfuzlu klub turniri – UEFA Çempionlar Liqasının qalibi olmuşdur. Bundan başqa, o, UEFA Avropa Liqasının finalında qalib gəlmiş, iki dəfə Serie A-nın ikiqat çempionu olmuşdur və iki dəfə İtaliyanın Kubok və Superkubokunun qalibi olmuşdur.

 

«Sevincliyəm ki, belə bir imkana malikəm, və “Arsenal” FK Prezidentinə dəvətə görə təşəkkürümü bildirmək istərdim. İnanıram ki, bizin əhəmiyyətli qələbələrimiz və unudulmaz qarşılaşmalarımız çox olacaq. Ukrayna futbolçularına və onların imkanlarına böyük inamım var. Mən öz vəzifəmi elə bir sistemin yaradılmasında görürəm ki, gənc və müasir Ukrayna istedadları, usta oyunçulara çevrilmək üçün “Uşaqların Arsenalı” Akademiyası və FK vasitəsilə bütün gərəkli məşqləri keçirlər.

 

“Arsenal”-ın qalib, Ukrayna futbolçularının isə dünyanın digər əfsanəvi FK-ları tərkibində çıxış edən tanınmış oyunçular olması ilə xoşbəxt olardım. Bu, mənim üçün yeni və maraqlı çağırışdır. Mən artıq səbrsizliklə komandada ilk məşq və ilk rəsmi görüş intizarındayam. Bundan başqa, mən bütün futbol azarkeşlərini baş məşqçi kimi ilk addımlarımı və komandanı 23 iyul “Lvov” FK ilə başlanğıç görüşündə dəstəkləməyə dəvət edirəm”, - Fabrisio Ravanelli öz çıxışında bunları demişdir.