Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının rəsmiləri ilə görüşüb

Bu barədə Azərbaycan Alpaqut Federasiyasının (AAF) mətbuat xidmətindən məlumat verilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 11 Iyul 2018, 13:53

Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının rəsmiləri ilə görüşüb.

 

Azərbaycan Alpaqut Federasiyasının (AAF) mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, görüşdə federasiyasının qarşıdakı fəaliyyətləri müzakilə edilib. 

 

Dünya Alpaqut Federasiyasının 1-ci vitse prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qənirə xanım Paşayevayla Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi arasında baş tutan görüşdə federasiyanın qarşıdakı perspektiv planları muzakirə olunub.

 

Həmçinin Qənirə xanım noyabrın 23-24-ü tarixində Bakıda keçiriləcək Alpaqut Turan döyüş sənəti üzrə Dünya çempionatının hazırlıq işləri ilə bağlı öz məsləhət və təlimatlarını verib.

 

Qeyd edək ki, görüşdə Alpaqut Turan döyüş sənətinin qurucusu, Kutsan Vasif Namazov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, vitse prezidentlər Nuranə Şixəliyeva, Rafiq Qasımov, Federasiyanın baş katiibi Etibar Toğrul və Nizam İntizam Komitəsinin sədri Natiq Eminov iştirak edib.