“Qarabağ” UEFA reytinqində irəliləyib

Avrokubokların I təsnifat mərhələsinin 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyul 2018, 10:18

Avrokubokların I təsnifat mərhələsinin 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

 

İnterAz qol.az-a istinadən məlumatına görə, son reytinqdə Azərbaycanı 1 pillə irəliləyərək 21-ci pilləyə qalxıb.

 

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını 1:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 16.875-ə yüksələn Azərbaycan Belarusa çatsa da, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxıb.