“Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb

Futbolçu daha əvvəl "Bakı", AZAL, "Zirə", "Səbail" və "Sabah"ın formasını geyinib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 11:54

“Sumqayıt” klubu yay transfer dövründə daha bir futbolçu ilə müqavilə bağlayıb.

 

İnterAz xəbər verir ki,Klubun mətbuat katibi Rəşad Məmmədovun “Report”a verdiyi məlumata görə, cinah müdafiəçisi Qvanzav Maqomedov 1 illik sözləşməyə imza atıb. 24 yaşlı futbolçu daha əvvəl "Bakı", AZAL, "Zirə", "Səbail" və "Sabah"ın formasını geyinib.

 

Qeyd edək ki, “Sumqayıt” fasilə dönəmində Əfran İsmayılov, Elvin Məmmədov, Yusif Nəbiyev ("Qəbələ", icarə), Şəhriyar Əliyev, Murad Xaçayev (“Şaxtyor”, Ukrayna, icarə), Aleksey İsayev, Dmitri Nağıyev və Əli Babayevi heyətinə qatıb.