Azərbaycan klubu əlcəzairli futbolçu transfer edib - Foto

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Zirə” mövsümlərarası fasilədə ilk legioner transferini edib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyul 2018, 14:59

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Zirə” mövsümlərarası fasilədə ilk legioner transferini edib.

 

İnterAz-ın qol.az-a istinadən məlumatına görə, paytaxt təmsilçisi əlcəzairli yarımmüdafiəçi Bilal Hamdini heyətinə qatıb. 27 yaşlı futbolçu ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, karyerasına “Lans”da başlayan Hamdi müxtəlif illərdə Fransa ikinci liqasının “Laval”, “Klermon”, “Brest” və “Sedan” kimi klublarının əsas və əvəzedici komandalarında forma geyinib. Onun son klubu isə Kipr “Alki”si olub.