Quti və İlhan Mansız rəsmən "Beşiktaş"da

"Beşiktaş" baş məşqçisi Şenol Günəşin köməkçilərinin adını rəsmən açıqlayıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyul 2018, 16:30

"Beşiktaş" baş məşqçisi Şenol Günəşin köməkçilərinin adını rəsmən açıqlayıb.

 

İnterAz-ın klubun rəsmi "İnstaqram" səhifəsinə istinadən yaydığı xəbərə görə, bunlar "qara qartallar"ın sabiq oyunçuları Quti və İlhan Mansızdır. Onlar İstanbul təmsilçisnin Avstriyadakı təlim-məşq toplanışına qatılıblar.

 

Qeyd edək ki, "Real"ın yetirməsi olan Quti 2010-2011-ci illərdə "Beşiktaş"da çıxış edib. O, karyerasını məhz bu klubda başa vurub. İ.Mansız isə 2001-2004-cü illərdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.