Polşa millisinə yeni baş məşqçi təyin olunub

DÇ-2018-də keçirdiyi 3 görüşdən 1-də qalib gəlib, 2-də uduzan Polşa millisi yer aldığı H qrupunda sonuncu yeri tutub

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 12 Iyul 2018, 17:46

Futbol üzrə Polşa milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

İnterAz “Report”-a istinadən xəbər verir ki, dünya çempionatındakı uğursuzluqdan sonra postunu tərk edən Adam Navalkanı Yeji Brejeçek əvəzləyib. 47 yaşlı mütəxəssisin son iş yeri “Visla” olub.

 

Qeyd edək ki, DÇ-2018-də keçirdiyi 3 görüşdən 1-də qalib gəlib, 2-də uduzan Polşa millisi yer aldığı H qrupunda sonuncu yeri tutub.