Türkiyəli hakim vətənində coşqu ilə qarşılanıb

Cüneyt Çakır dünya çempionatı üçün getdiyi Rusiyadan qayıdıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 17 Iyul 2018, 10:22

Türkiyəli FİFA referisi Cüneyt Çakır dünya çempionatı üçün getdiyi Rusiyadan qayıdıb.

 

İnterAz-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli hakim hava limanında həmvətənləri tərəfindən coşqu ilə qarşılanıb. Onu qarşılamağa gələnlərə təşəkkür edən referi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Qeyd edək ki, C.Çakır mundialda qrup mərhələsində Mərakeş – İran, Nigeriya – Argentina, yarımfinalda isə Xorvatiya – İngiltərə oyunlarını idarə edib. O, Rusiya – Misir matçında isə 4-cü hakim funksiyasını yerinə yetirib.