Nigeriya Rusiyaya səfər edən vətəndaşlarını geri qaytarmaq üçün 1 milyon dollar xərcləyib

Dövlət rəsmisi vətəndaşlarının mundaildan Avropada sığınacaq almaq üçün bir vasitə kimi istifadə etmək cəhdlərindən narahatçılığını ifadə edib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 07 Avqust 2018, 13:32

Nigeriya hökuməti futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya səfər edən vətəndaşlarını geri qaytarmaq üçün 1 milyon dollar xərcləyib.

 

İnterAz-ın “Report”a istinadən verdiyi məlumata görə, bunun üçün 2 təyyarə ayrılıb və ümumilikdə 355 nigeriyalı geri qaytarılıb. Nigeriyanın xarici işlər naziri Ceffri Onema bildirib ki, söhbət vətənə dönmək istəməyən şəxslərdən gedir. O, hər bir reysin ölkəyə 500 min dollara başa gəldiyini söyləyib.

 

Dövlət rəsmisi vətəndaşlarının mundaildan Avropada sığınacaq almaq üçün bir vasitə kimi istifadə etmək cəhdlərindən narahatçılığını ifadə edib.

 

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda keçirilib. Yarışın qalibi Fransa millisi olub.