“Qarabağ” komandasının oyunu təxirə salınıb

"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 09 Avqust 2018, 09:41

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

PFL-dən İnterAz-a verilən məlumata görə, "Qarabağ" III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib.

 

"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib.

 

Topaz Premyer Liqasının I turunun "Qarabağ"-"Zirə" matçı avqustun 10-dan sentyabrın 26-a keçirilib.