“Keşlə” serbiyalı futbolçu ilə müqavilə imzalayacaq

Transfer dönəminin sonuna qədər baş məşqçi Mladen Milinkoviçin istəyi ilə daha bir legioner futbolçunun heyətə cəlb edilməsi nəzərdə tutulub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 09 Avqust 2018, 10:17

“Keşlə” klubu serbiyalı futbolçu Nikola Mitroviçlə müqavilə imzalayacaq.

 

Paytaxt təmsilçisindən İnterAz-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi bir illik sözləşməyə imza atacaq. Hazırda baxışda olan Samir Məsimov və Ruslan Nəsirli barədə bu həftə ərzində qərar veriləcəyi gözlənir.

 

Transfer dönəminin sonuna qədər baş məşqçi Mladen Milinkoviçin istəyi ilə daha bir legioner futbolçunun heyətə cəlb edilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Mitroviçin son iş yeri Polşanın “Visla” klubu olub. O, vətənində “Napredak”, “Partizan”, Rusiyanın “Volqa” Macarıstanın “Uypeşt”, “Videoton”, İsrailin “Makkabi” (Təl-Əviv), “Bney Yehuda”, Çinin “Şanxay Şensin” və Kiprin “Anortosis” komandalarının da formasını geyinib.