"Çelsi" ən bahalı qapıçı ilə müqavilə imzalayıb

"Atletiko"nun qapıçısı Kepa Arrisabalaqanın "Çelsi"yə keçidi rəsmiləşib

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 09 Avqust 2018, 12:37

“Çelsi” “Atletik Bilbao”nun qapıçısı Kepa Arrizabalaqanı transfer edib.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytına məlumat yayıb. London klubu ispan qolkiper üçün “Atletik”ə 80 milyon avro ödəyib. Bununla da 23 yaşlı qolkiper futbol tarixinin ən bahalı qapıçısı və həmçinin ən bahalı ispan futbolçu olub.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü 2012-ci ildən “Atletik”də çıxış edir.