Əliyar Ağayev Avropa Liqasının pley-off mərhələsinə təyinat alıb

Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 09 Avqust 2018, 15:20

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

 

InterAz AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq. 

 

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.