Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Qalib avqustun 31-də Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində elan olunacaq

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 09 Avqust 2018, 18:00

UEFA Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

 

İnterAz qurumun saytına istinadən xəbər verir ki, yekun siyahıya 3 oyunçunun adı daxil edilib. Bunlar Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Dmitri Payet və İspaniya "Atletiko"sunun üzvləri – hücumçu Antuan Qrizmannla müdafiəçi Dieqo Qodindir.

 

Qeyd edək ki, qalib avqustun 31-də Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində elan olunacaq.