“Instagram” paylaşımlarına görə yüz minlər qazanan futbolçular

O, 136 milyon izləyici sayı ilə rəqibləri Messi və Neymarı geridə qoyub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 10:22

“Instagram Sports Rich List 2018” statistikası açıqlanıb.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, paylaşımlarına görə ən çox qazanan futbolçuların siyahısında ilk yeri Kriştian Ronaldu tutur.

 

O, 136 milyon izləyici sayı ilə rəqibləri Messi və Neymarı geridə qoyub. Belə ki, Ronaldu hər paylaşımına görə 750 min dollar qazanır.

 

Ronaldudan sonra “Instagram”da ən çox qazananların ilk beşliyi isə aşağıdakı kimidir:

 

Neymar: 600 min dollar

 

 

Lionel Messi: 500 min dollar

 

Devid Bekhem: 300 min dollar

Qaret Beyl: 185 min dollar