“Sumqayıt” klubu qapıçı problemi ilə üzləşib

Hazırda namizədləri gözdən keçirən “Sumqayıt” mövsümün açılış oyununa qədər bir qapıçı sifariş verməyə çalışacaq

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 16:21

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Neftçi”nin qonağı olacaq “Sumqayıt” qapıçı problemi ilə üzləşib.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin eyni adlı təmsilçisi bir qolkiperin – Mehdi Cənnətovun ümidinə qalıb. Fərhad Vəliyevin karyerasını başa vurması, baxışda olan Andrey Popoviçin isə bəyənilməyərək geri qaytarılması işləri çətinə salıb.

 

Hazırda namizədləri gözdən keçirən “Sumqayıt” mövsümün açılış oyununa qədər bir qapıçı sifariş verməyə çalışacaq. Baş məşqçi Nazim Süleymanov baxışda olan rusiyalı hücumçu Sərdar Sərdarov barədə də qərar verməyə tələsmir.

 

Qeyd edək ki, “Sumqayıt” “Neftçi”ni “Dalğa Arena”da qəbul edəcək. Matçın “Kapital Bank Arena”da baş tutmamasının səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 11-də keçiriləcək görüş saat 20:00-da başlanacaq.