"Yuventus"un futbolçusu Ronaldonun məsləhəti ilə klubunu dəyişib

Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 16:32

İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı yarımmüdafiəçinin agenti məlumat verib. O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək.

 

Agentin bildirdiyinə görə, Sturaro özünü başqa ölkədə də sınamaq istəyib və “Yuventus”dakı komanda yoldaşı – portuqaliyalı Kriştianu Ronaldonun məsləhətinə güvənərək "Sportinq"ə keçib.

 

Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldo isə “Sportinq”in yetirməsidir.