“Neftçi”nin baş məşqçisi italiyalı həmyerlilərinə başsağlığı verib

Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 15 Avqust 2018, 15:47

“Neftçi”nin baş məşqçisi Roberto Bordin İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

 

İnterAz xəbər verir ki,53 yaşlı mütəxəssis “Report”a açıqlamasında həmyerlilərinə səbr diləyib. O, hadisədən zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb: “Özümün və ailəmin adından Genuyada körpünün uçması nəticəsində həlak olanlara görə ən səmimi şəkildə başsağlığı verirəm. Dünyasını dəyişənlərin doğmalarına, yaxınlarına möhkəm və səbrli olmağı, hadisədən zərərçəkənlərə isə tezliklə sağalmağı arzulayıram”.

 

Qeyd edək ki, avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb, 10-larla insan isə yaralanıb.