Zabit Səmədov yubiley qələbəsini qazanıb

Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər

Bakı,, Gülnarә Quliyeva, İnteraz - 17 Avqust 2018, 08:47

Qroznıda Çeçen Respublikasının birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilən kikboksinq üzrə Beynəlxalq turnir keçirilib.

 

İnterAz xəbər verir ki, 95 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Zabit Səmədov fransalı Brays Qvidonla üz-üzə gəlib. Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər.

 

Qeyd edək ki, bu, azərbaycanlı döyüşçünün peşəkar rinqdə 100-cü qələbəsidir.