UEFA nümayəndələrinin Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya səfəri başlayıb

Səfər sentyabrın 14-dək davam edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Sentyabr 2018, 11:04

Bakı Olimpiya Stadionunda 2019-cu ildə keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. 

 

İnterAz-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq. Eyni zamanda onlarla fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 14-dək davam edəcək.

 

Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.