"Yuventus" tanınmış futbolçu ilə yeni müqavilə bağlayıb

Almaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçi 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək

Bakı, , İnteraz - 12 Sentyabr 2018, 16:20

İtaliyanın "Yuventus" klubu futbolçusu Sami Xedira ilə müqavilənin müddətini uzadıb.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, Almaniya millisinin də şərəfini qoruyan yarımmüdafiəçi 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, Xedira 2015-ci ildə İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. O, bu müddət ərzində 113 matçda iştirak edib. Oyunçu "Yuventus"un heyətində 3 İtaliya çempionluğu, eyni sayda İtaliya Kubokunu və bir dəfə İtaliya Superkubokunu qazanıb.