İtaliya A Seriyasında çıxış edən klubun 3 xalı silinib

Daha əvvəl İtaliya Futbol Federasiyası “Kyevo”nun prezidenti Luka Kampidellini futboldan 3 illik uzaqlaşdırmışdı

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Sentyabr 2018, 16:11

İtaliya A Seriyasında mübarizə aparan “Kyevo”nun aktivindən 3 xal silinib və klub 200 min avro məbləğində cərimələnib.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, İtaliya klubu maliyyə fırıldaqçılığına görə cəzalanıb.

 

Daha əvvəl İtaliya Futbol Federasiyası “Kyevo”nun prezidenti Luka Kampidellini futboldan 3 illik uzaqlaşdırmışdı.

 

Qeyd edək ki, cərimə tətbiq olunduqdan sonra “Kyevo” komandası A Seriyasında -2 xal ilə sonuncu pillədə qərarlaşacaq.