Çempionlar Liqasının oyununun keçiriləcəyi stadionda köstəbəklər peyda olub

Onlar stadionun qazonuna ciddi zərər yetiriblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Sentyabr 2018, 16:26

Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasının I turunda Almaniya təmsilçisi “Hoffenhaym”la oyun ərəfəsində qeyri-adi problemlə üzləşib.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, sentybarın 19-da oyunun keçiriləcəyi Xarkov şəhərindəki “Metallist” stadionunun şimal tribunası tərəfdə, künc bayrağının yaxınlığında köstəbəklər peyda olub. Onlar stadionun qazonuna ciddi zərər yetiriblər.

 

Qeyd edək ki, "Şaxtyor" “Hoffenhaym”la yanaşı, İngiltərənin “Mançester Siti” və Fransanın “Lion” komandaları ilə birgə F qrupunda yer alıb. Donetsk klubu ev oyunlarını müvəqqəti olaraq Xarkovda keçirir.