Ronaldo məşq vaxtı jurnalisti parodiya edib

Sonra 33 yaşlı futbolçuya digər komanda yoldaşları da qoşulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 12:17

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo maraqlı görüntü ilə diqqət mərkəzinə düşüb.

 

İnterAz xəbər verir ki, portuqaliyalı ulduz “Yuventus”un məşqlərindən birində Turin klubunun TV əməkdaşı “stand up” edərkən onu yamsılayıb.

 

Sonra 33 yaşlı futbolçuya digər komanda yoldaşları da qoşulub.

 

Qeyd edək ki, Kriştiano Ronaldo İtaliya çempionatında üç turdan sonra qol hesabını aça bilməyib. O, hələlik qol ötürməsi ilə kifayətlənib.