AFFA Hakimlər Komitəsinə avstriyalı mütəxəssisi sədr gətirib

Bu, Frits Stuxlik adlı keçmiş FIFA referisidir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 14:56

UEFA-nın tövsiyəsi əsasında AFFA Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.

 

İnterAz oxu.az-a istinadən xəbər verir ki, yeni Hakimlər Komitəsinin sədri Avstriyadan olan mütəxəssis olacaq.

 

Bu, Frits Stuxlik adlı keçmiş FIFA referisidir. Bundan sonra qurum, sadəcə, Hakimlər Komitəsi adlandırılacaq.