"Fənərbağça" baş məşqçisini bu həftə istefaya göndərə bilər

Danışıqların bu həftə içində yekunlaşması gözlənilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Oktyabr 2018, 12:29

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Filip Kokunu bu həftə istefaya göndərəcək.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, klub rəhbərliyi 48 yaşlı hollandiyalı mütəxəssisin meneceri Rob Yansen ilə danışıqları davam etdirir. Yansen İstanbul təmsilçisindən Koku və köməkçiləri üçün 3 milyon avro təzminat istəyib. "Fənərbağça" isə məşqçilər heyətinə komandadan ayrılmasından ötrü 1,5 milyon avro təklif edib. 

 

Danışıqların bu həftə içində yekunlaşması gözlənilir.

 

Qeyd edək ki, Koku bu ilin iyun ayından komandaya rəhbərlik edir. "Fənərbağça" Türkiyə Super Liqasında 8 turdan sonra 8 xalla 15-ci pillədə qərarlaşıb. İstanbul klubu hələ də sabiq baş məşqçiləri Aykut Kocaman və Vitor Pereyranın maaşlarını ödəyir.