AFFA İntizam Komitəsi "Qəbələ"ni cərimələyib

Komitə "Neftçi"nin futbolçusu Slavko Braliçi VII turda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdilkləri oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıb, klub isə 200 manat məbləğində cərimə olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Oktyabr 2018, 13:09

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 800 manat məbləğində cərimələyib. 

 

İnterAz xəbər verir ki, buna səbəb komandanın baş məşqçisi Sənan Qurbanovun Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak etməməsidir. 

 

Komitə "Neftçi"nin futbolçusu Slavko Braliçi VII turda "Sabah"ı 2:0 hesabı ilə məğlub etdilkləri oyunda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırıb, klub isə 200 manat məbləğində cərimə olunub.