Gürcüstan çempionatında itin meydana girməsi oyunun dayanmasına səbəb olub

Qonaqların qapıçısı Roinu Kvsxvadze heyvanı sakitləşdirə bilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Oktyabr 2018, 16:04

Futbol üzrə Gürcüstan Premyer Liqasının XXVIII turunda keçirilmiş "Dila" - "Torpedo" matçında maraqlı hadisə baş verib. 

 

İnterAz "Report"a istinadən xəbər verir ki, oyunun 69-cu dəqiqəsində meydana it girib və futbolçularla oynamaq istəyib. Qonaqların qapıçısı Roinu Kvsxvadze heyvanı sakitləşdirə bilib. Onun bu hərəkətindən sonra azarkeşlər oyunçunu alqışlayıblar. Bu səbəbdən matç üç dəqiqə dayanıb. 

 

Qeyd edək ki, "Dila" - "Torpedo" görüşü qolsuz bərabərliklə başa çatıb.