Farer adaları - Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək

İdman qurğusu süni örtüklü bir neçə meydançadan ibarətdir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Oktyabr 2018, 13:07

UEFA Millətlər Liqasının III turunun Farer adaları – Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək.

 

İnterAz xəbər verir ki, bu barədə "Report"un Farer adalarına ezam olunmuş əməkdaşına matçın baş tutacağı Torshavn şəhərindəki “Torsvollur” stadionunun işçiləri məlumat verib. 1999-cu ildə istifadəyə verilən arena 6 min tamaşaçı tutumuna malikdir.

 

İdman qurğusu süni örtüklü bir neçə meydançadan ibarətdir.

 

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.