Tanınmış klubun futbolçusu komanda yoldaşının həyatını xilas edib

Bu, Portuqaliya çempionatının 7-ci turunda "Portimonensi” ilə matçda baş verib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 10 Oktyabr 2018, 16:01

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq"in futbolçusu Sebastyan Koates komanda yoldaşı Romen Salenin həyatını xilas edib.

 

İnterAz-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə,  bu, Portuqaliya çempionatının 7-ci turunda "Portimonensi” ilə matçda baş verib.

 

28 yaşlı müdafiəçi oyunun gedişatında halı pisləşən və boğulmağa başlayan qapıçı Romen Salenə ilkin yardım edib. O, həkimlər meydana daxil olana qədər əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb.

 

Qeyd edək ki, R.Salen 1-ci hissənin sonunda əvəzlənib.

 

Xatırladaq ki, "Portimonensi” – "Sportinq” oyunu ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.