Putin Həbib Nurməhəmmədovla görüşüb

Görüşdə Həbibin atası Abdulmanap Nurməhəmmədov da iştirak edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 08:32

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb. 

 

İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin idmançını Konor Makqreqor üzərində qələbə münasibəti ilə təbrik edib. 

 

Görüşdə Həbibin atası Abdulmanap Nurməhəmmədov da iştirak edib. 

 

Qeyd edək ki, A. Nurməhəmmədov Həbibin məşqçisidir.