Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

Matçda qolları 28-ci və 86-cı dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 08:29

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

 

İnterAz xəbər verir ki, III turda "Torsvollur" stadionunda Farer adaları yığması ilə qarşılaşan milli komanda rəqibi 3:0 hesabı ilə məğlub edib.

 

Matçda qolları 28-ci və 86-cı dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov vurub.

 

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanaraq, xallarının sayını 5-ə çatdırıb. Lakin bu qalibiyyət D Liqasının 3-cü qrupunda liderliyə yüksəlməyə yetməyib. Çünki qrupun paralel keçən qarşılaşmasında Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək, xallarını 7-yə çatdırıb. Bununla belə, 3 xalı olan Farer adalarını geridə qoyaraq, 2-ci pilləyə yüksəlmək mümkün olub. Sonuncu pillədəki Maltanın isə cəmi 1 xalı var.