Məhəmməd Salah künc zərbəsindən rəqib qapısına qol vurub

Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2018, 09:56

"Liverpul"un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda özünün daha bir məharəti ilə seçilib.

 

Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qeyd edək ki, Məhəmməd Salahın adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.