Həbib Meyvezerlə döyüşdən imtina edib

Amerikalı boksçu bu çağırışa müsbət cavab verib və döyüş yeri kimi Las-Veqası təklif edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Oktyabr 2018, 08:35

UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezerlə Las-Veqasda döyüşməkdən imtina edib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə H. Nurməhəmmədov özünün Instagram səhifəsində yazıb.

 

“Floyd, amma Veqas yox, onlar mənim pulumu vermək istəmirlər", - deyə o bildirib. 

 

Qeyd edək ki, H. Nurməhəmmədov Meyvezeri döyüşə çağırıb. Amerikalı boksçu bu çağırışa müsbət cavab verib və döyüş yeri kimi Las-Veqası təklif edib.