İngiltərə millisi səfərdə İspaniyaya 3 qol vuraraq qələbə qazanıb

Günün ən maraqla gözlənilən oyunu İspaniya ilə İngiltərə arasında olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Oktyabr 2018, 08:47

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.

 

İnterAz xəbər verir ki, A, C və D liqalarında 2, B Liqasında isə 1 matç olmaqla, ümumilikdə 7 qarşılaşma baş tutub.

 

Günün ən maraqla gözlənilən oyunu İspaniya ilə İngiltərə arasında olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

II qrupun İslandiya – İsveçrə matçında da qonaqlar qalib gəliblər. Bu nəticədən sonra "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun da şərəfini qoruduğu İslandiya millisinin qrupda sonuncu olacağı dəqiqləşib.

 

15 oktyabr

 

Millətlər Liqası

 

IV tur

 

A Liqası

 

2-ci qrup

 

İslandiya – İsveçrə - 1:2

 

Qol: Alfred Finboqasson, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67

 

Xal durumu: Belçika – 6 xal (2 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3)

 

4-cü qrup

 

İspaniya – İngiltərə - 2:3

 

Qollar: Pako Alkaser, 58, Alvaro Morata, 90+8 - Rahim Sterlinq, 16, 38, Markus Reşford, 30

 

Xal durumu: İspaniya – 6 xal (3 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 1 (2)

 

B Liqası

 

3-cü qrup

 

Bosniya və Hersoqovina – Şimali İrlandiya - 2:0

 

Qollar: Edin Ceko, 27, 73

 

Xal durumu: Bosniya və Herseqovina – 9 xal (3 oyun), Avstriya – 3 (2), Şimali İrlandiya – 0 (3)

 

C Liqası

 

2-ci qrup

 

Finlandiya – Yunanıstan - 2:0

 

Qollar: Pisi Soiri, 46, Qlen Kamara, 89

 

Estoniya – Macarıstan - 3:3

 

Qollar: Siim Luts, 20, Artur Pikk, 70, Henri Anier, 79 - Dominik Naqi, 24, Adam Szalai, 54, 81

 

Xal durumu: Finlandiya – 12 xal (4 oyun), Yunanıstan – 6 (4), Macarıstan – 4 (4), Estoniya – 1 (4)

 

D Liqası

 

2-ci qrup

 

Belarus – Moldova - 0:0

 

Lüksemburq – San Marino - 3:0

 

Qol: Devid Törpl, 4, Danel Sinani, 65, Vinsent Till, 73

 

Xal durumu: Lüksemburq – 9 (4), Belarus – 8 (4), Moldova – 5 (4), San Marino – 0 (4).