Həbib Nurməhəmmədova ali mükafat təqdim olunub

Onun məşqçisi və atası Abdulmanap Nurməhəmmədov isə “Dağıstan Respublikasında fiziki mədəniyyət və idman sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2018, 08:54

UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanın ali mükafatına layiq görülüb. 

 

İnterAz xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin sərəncamı ilə H. Nurməhəmmədova “Dağıstan Respublikası qarşısında xidmətlərə görə” ordeni verilib. 

 

Onun məşqçisi və atası Abdulmanap Nurməhəmmədov isə “Dağıstan Respublikasında fiziki mədəniyyət və idman sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub. 

 

Mükafatların təqdimat mərasimində çıxış edən H. Nurməhəmmədov bildirib ki, sonuncu dəfə medal 2011-ci ildə Dünya kubokunda qazanıb.