“Real” və “Mançester Siti”dən darmadağın

Xulen Lopeteqini istefaya göndərdikdən sonra Santyaqo Solarinin rəhbərliyi ilə ilk ÇL matçına çıxan “Real” isə “Viktoriya” səfərində 5:0 qələbə qazanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 08:41

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Real” və “Mançester Siti” darmadağınla qələbə qazanıblar.

 

İnterAz xəbər verir ki, “Mançester Siti” öz meydanında “Şaxtyor” 6:0 hesabı ilə məğlub edib.

 

“Şəhərlilər” hazırda 9 xalla F qrupunda lideridir.

 

“Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 6:0

 

Qol: David Silva, 13, Qabriel Jesus, 24, Sterlinq, 49, Qabriel Jesus,71-pen. Mahrez, 84, Qabriel Jesus, 90+2

 

Xulen Lopeteqini istefaya göndərdikdən sonra Santyaqo Solarinin rəhbərliyi ilə ilk ÇL matçına çıxan “Real” isə “Viktoriya” səfərində 5:0 qələbə qazanıb.

 

Hazırda 9 xala malik “Real” və “Roma” G qrupunda şərikli liderdir.

 

“Viktoriya” (Çexiya) - “Real” (İspaniya) - 0:5

 

Qol: Benzema, 21, Kasemiro, 23, Benzema, 37, Beyl, 40, Kroos, 67