Rafael Ağayev dünya çempionatına qələbə ilə başlayıb

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 09:28

İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

 

Azərbaycan Milli Karate Federasiyasından İnterAz-a verilən məlumata görə, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq.

 

Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq.