Azərbaycan karateçisi dünya çempionatının finalına yüksəlib

Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 11:44

Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb.

 

Azərbaycan Milli Karate Federasiyasından İnterAz-a bildiriblər ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olmaqla finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.

 

Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.